booked.netbooked.net booked.net  

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini tanımasını qətiyyətlə pisləyib.

Bu barədə dövlət başçısı tviter hesabında yazıb. S.Zurabişvili Gürcüstanın Ukrayna Prezidenti Volodimir Zelenskinin yanında olduğunu bildirib, ölkənin ərazi bütövlüynə dəstək ifadə edərək sülhün tərəfdarı olduğunu vurğulayıb. Gürcüstanın Xarici İşlər Nazirliyi isə bəyanatında deyib: "Ümid edirik ki, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn fundamental prinsiplərinin növbəti kobud şəkildə pozulmasına sərt qiymət verəcək və cavab verəcək". Baş nazir İrakli Qaribaşvili də hadisəyə münasibət bildirib: "Donetsk və Luqanskın Rusiya tərəfindən tanınması beynəlxalq hüququn fundamental prinsiplərinə qarşı növbəti addımdır və təəssüf ki, 2008-ci ildə Gürcüstan ərazilərinin işğalını təkrarlayır".

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN