“Özbəkistan Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar məsələsində balanslaşdırılmış, neytral mövqe tutur.

Özbəkistan hesab edir ki, bütün mübahisələr və fikir ayrılıqları "yalnız beynəlxalq hüquq normaları əsasında həll edilməlidir".

Ozbəkistan KİV-nin məlumatına görə, bunu Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov Özbəkistan və Rusiya prezidentləri arasında telefon danışığının nəticələrini şərh edərkən deyib.

Qeyd edək ki,  iki dövlət başçısının mətbuat xidmətlərinin mesajları bir qədər fərqli idi. Kremlin mətbuat xidməti xəbər verib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya tərəfinin həyata keçirdiyi tədbirləri başa düşdüyünü bildirib.

Şerzod Əsədov daha sonra vurğulayıb ki, "zəngin ikitərəfli gündəliyin aktual məsələlərindən əlavə, Özbəkistan və Rusiya liderləri Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar".

“Rusiya Prezidenti dövlətimizin başçısına xüsusi əməliyyatla bağlı qərarın səbəbləri və şərtləri barədə məlumat verdi. Öz növbəsində, Özbəkistan lideri ümid etdiyini bildirib ki, tərəflər tezliklə vəziyyətin nizamlanması və onun daha da gərginləşməsinin qarşısını almaq üçün qarşılıqlı məqbul yollar tapacaqlar”, - deyə o, bildirib.

 “Ölkəmiz ənənəvi olaraq həm Rusiya, həm də Ukrayna ilə sıx dostluq münasibətlərinə malikdir. Biz geniş regionumuzda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsində maraqlıyıq. Yaranan bütün mübahisələr və fikir ayrılıqları, yalnız beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”, - deyə Şerzod Əsədov bildirib.

Xatırladaq ki, Ukraynaya hücumdan bir neçə gün əvvəl,  Rusiya Prezidenti Vladimir Putin qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nın (LXR) müstəqilliklərini tanıyıb.

24 fevral səhər saatlarından isə Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlara start verib. Rusiya Prezidenti Vladimir Putin bunu Donbassda yaşayan əhalini qorumaq üçün "xüsusi əməliyyat" adlandırıb. 

Bu gün artıq müharibənin 4-cü günüdür. Və bu, dəhşətli müharibəyə hələ ki, "YOX" deyib dayandıran (yaxud dayandıra bilən) yoxdur... 

 

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN