Amerika prezidenti Co Bayden Ukraynadakı müharibəyə görə Rusiyanı cəzalandırmaq yollarından danışıb.
“Rusiyanı cəzalandırmaq üçün iki variant var - sanksiyalar və ya III Dünya Müharibəsi.”
ABŞ prezidenti Co Bayden Üçüncü dünya müharibəsinə başlamadan da Rusiyanı Ukraynaya təcavüzünə görə cəzalandırmağın yeganə yolunun, sanksiyalar olduğunu hesab edir.
CNN-in xəbərinə görə, Bayden bu barədə müsahibəsində bildirib.
"Bizim iki variantımız var: Üçüncü dünya müharibəsinə başlayıb, Rusiya ilə fiziki olaraq müharibəyə girmək. Yaxud ikinci: əmin olun ki, beynəlxalq hüquqa zidd hərəkət edən ölkə, bunun əvəzini ödəyəcək".
Bayden Rusiyanın Ukraynanı işğalına görə həm uzun, həm də qısa müddətdə əvəzini ödəyəcəyini qeyd edərək, həmçinin münaqişənin Avropa və NATO-nu yaxınlaşdırdığını da vurğulayıb.
Xatırladaq ki, bir neçə gündür ki, Aİ Rusiyaya qarşı uzun bir sanksiya siyahısı tərtib edib və açıqlayıb. Bu siyahının hər gün davamı gəlir. Amma...
JASMİN