booked.netbooked.net booked.net  

Partiya lideri brifinqdə çıxış etdi...

"Gürcü arzuları-Demokratik Gürcüstan" partiyasının lideri İrakli Kobaxidze  martın 3-də ölkəsi Avropa Birliyinə daxil olmaq üçün müraciət ünvanlayacaqlaı haqda açıqlama verib. Partiya rəhbəri bu haqda brifinqdə çıxışında bildirib. 

Gürcüstan hakimiyyəti baş nazirin rəhbərliyi ilə Avropa Birliyinə namizədlik statusunu əldə etmək üçün lazım olan sənədləri hazırlayıb və artıq sabah bu sənədlər lazımı orqanlara təqdim olunacaq, deyə o, bildirib. 

Partiya rəhbəri hətta bildirib ki, müxalifət hakimiyyətdən təcili olaraq Avropa Biirliyinə qəbul olmaq üçün müraciət olunmasını tələb edib. Gürcüstanın ən böyük və nüfuzlu " Vahid Milli Hərəkat" müxalifət partiyası da bu məsələnin tezliklə parlamentdə həllini tapmasına ümid edir.

Sevinc MURADXANLI

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN