...Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin keçən 8 gününü iki mərhələyə ayırmaq olar. Göründüyü kimi Putin xuntası, hərbiçilər qarşısına iki sutka ərzində əsasən Xarkov, Mariopol, Odessa, Kiyev şəhərlərini işğal edib, burada oyuncaq hakimyyət qurmağı, ölkəni diz üstə çökdürüb, ikinci Belarusiya yaratmağı planlamışdı. Həmçinin sahilyanı bölgələr tamamən nəzarət altına alınaraq, ölkə dənizlərdən təcrid olunmalı idi. Bunun üçün iki aydan bəri sərhəddə yığılan 200 minlik piyada qoşunun 150 mini, həmçinin aviasiya, raket, desant və xüsusi təyinatlı hissələr cəlb edilmişdi. Ukrayna rəhbərliyi, VSU, yerli hakimiyyət və xalqın rus rəhbərliyi üçün gözlənilməz müqaviməti bu planı puç etdi.
II mərhələ: İkinci gün axşamdan, məqsədinin həyata keçə bilməməsindən qeyzlənən Rusiya rəhbərliyi xüsusi amansızlıqla Ukrayna şəhərlərini qızğın raket və ağır artilleriya atəşinə tutdu. Bununla şok yaratmaq, insan tələfatı törədib ölkənin əzmini qırmağa çalışdı. Amma neçə gündən bəri davam edən aramsız döyüşlər Putin rərbərərliyinin, ordu generallarnın nə qədər naşı, yarıtmaz, savadsız, rəzil olduğunu üzə çıxartdı. Həmçinin Qərbin Ukraynaya hərtərəfli yardımı, Rusiyaya qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq etməsi, rus rəhbərliyini doğrudan da mat qoyub. Ölkə siyasi, iqtisadi, humanitar fəlakət astanasındadır.
Üç nəfər əsir götürülmüş rus omonçusunun mətbuat konfransını yəqin ki, izləmisiz. Demə bunları Kiyev ətrafına məxsusi tullaylblar ki, yeni, Rusiya yönümlü hakimyyət fəaliyyətə başlarkən, onlar asayişə nəzarət edəcəkmiş. Bu hadisə müharibələr tarixində bir nonsesdir. Həmçinin Ukrayna havadan müdafiə qüvvələrinin tamamən sıradan çıxdığını zəng edərək, başda Kiyev olmaqla iri şəhərlərə İL uşaqları vasitəsi ilə desant atmaq, desantın və daxildəki agentlərin vasitəsi hakimiyyəti ələ almaq. Müşayətində hava müdafiəsi olmadan hədəfə uçan, içində tam desant heyyəti olan bu uşaqlar elə havadaca məhv edilib. Yüzlərlə desantçı həlak olub. On km.lərlə uzanan rus hərbi kolonları, ya artilleriya, ya Bayraqdar, yada piyada qoşun bölmələri tərəfindən məhv edilir. Bəzilərini isə yerli əhali dinc nümayiş və fitə basmaqla dayandlrıb, geri qaytarır.
Budur, yaxın çevrəsində bir nəfər belə peşəkar hərbiçi olmayan Putin hakimiyyətinin "spes operasiyası..."
Zənnimcə ambisiyası o balaca boyunu aşan bu piter pasanı, ətrafı onu durdira bilməsə, üçüncü fazanı başlayacaq. Onun üçün də indi müəyyən tədbirlər, mobilizasiya işləri görülməkdədi. Çox güman istədiyinin heç olmasa bir qismini ala bilməsə, daha ağır çəkili raketlərdən istifadə edəcək. Bu gün hamını narahat edən sual: Rusiya atom bombası atacaqmı? Bildiyim qədər, qitələr arası nüvə raketlərinindən qorunmaq, onları fəzada zərərsizləçdirmək Avropanın imkanları daxilindədir. Yaxın mənzilli, təxminən 50 kq.
nüvə başlığına malik "İskəndər" raketlərinin atılması isə mümkündür, hərçəndi onların da göydə vurulması imkanları var, ancaq hədəfə düşə biləcəyi istisna deyil. Hətta düşdüyü halda onun təsir dairəsi bir km.dən çox olmayacaq. Bunun bədəlinin isə daha ağır olacağını hətta putin də bilməmiş deyil.
Son günlər Ukrayna ordusunun uğurlu əks həmlələri göstərir ki, qərbin ölkəyə hərbi yardımları, (əsasən HHMQ və aviasiya) daxil olmaqdadır. Vəziyyətin ciddiliyini görən qoca tülkü Lukaşenko hücum əməliyyatından vaz keçdi. Rusiya sərhəddə yığdığı bütün rezevlərini döyüşə göndərsə də uğur qazanmadı. Əksinə Ukrayna ordusu, xalqı və rəhbərliyində qələbə əzmi yüksəkdir.
Yazılmalı çox mətləblər var, amna təəsüf ki, uzun mətnlər az oxunur. Qısa amma tez, tez yazmağa çalışarıq.
Tərlan Eyvazov,
ehtiyatda olan polkovnik-leytenant
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN