ABŞın Demokrat və Respublikaçı senatorları Ukrayna prezidenti Vladimir Zelenski ilə Zoom platforma üzərindən canlı görüşündə iştirak etmək üçün artıq  dəvət alıblar.

"Təzadlar" “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə iki müstəqil mənbənin məlumatı CNN-də yayımlanlb. CNN-nin məlumatına görə, Ukraynanın Vaşinqtondakı səfirliyindəki mənbələrdən birinin verdiyi məlumata görə, martın 5-i səhər saat 9:30-da (Kiyev vaxtı ilə 16:30) planlaşdırılan görüş baş tutmalıdır. 

 Xatırladaq ki, bir gün əvvəl Vladimir Zelenski NATO-nu Rusiyanın hava hücumlarından qorumaq üçün Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq qərarından imtina etdiyinə görə sərt tənqid etmişdi. NBC News-un məlumatına görə, bütün ABŞ Senatının üzvləri Zelenskinin Ukraynanın hava məkanının bağlanılması təklifini dəstəkləyiblər və senat üzvlərinin hamısı Vladimir Zelenski ilə video konfransda iştirak etməyə dəvət alıblar.

Ukrayna KİV-ləri yazır ki, bu video konfransdan sonra senat üzvləri ABŞ rəhbərliyini Ukraynanın hava məkanını Rusiya üzünə bağlanmasına razı sala biləcəklər. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN