ABŞ Senatı  Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətkar kimi qınayıb

 Senat  Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.

UNİAN-ın “Reuters” və “Associated Press”ə istinadən məlumatına görə, qətnamə respublikaçı senator Lindsi Qrem tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən də dəstəklənib.

Senat Putinin rəhbərliyi altında Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri”  qətiyyətlə qınayıb.

Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya prezidenti Vladimir Putin və onun rejimini, o cümlədən Rusiya ordusunu araşdırmağa çağırır.

"Biz demokratlar və respublikaçılarla bir araya gəldik ki, Vladimir Putinin Ukrayna xalqına qarşı törədilən vəhşiliklərə görə məsuliyyətdən qaça bilməyəcəyini bəyan edək", -deyə  Senatdakı demokratik çoxluğun lideri Çak Şumer bildirib.

Xatırladaq ki,Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi. Müraciətdən dərhal sonra prezident Putin Kremldə “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

Fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Bu gün isə Ukraynada başladılan müharibənin 21-ci günüdür və indiyədək Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 4 dəfə görüş keçirilməsinə baxmayara, hələ də bu dəhşətli müharibəyə son vermək üçün razılığ əldə olunmayıb...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN