“Kadırovçular” adlanan Rusiya ordusunun çeçen hərbçiləri Ukrayna müharibəsində yüzlərlə döyüşçünü itirdikdən sonra Çeçenistana göndərilib.

"Təzadlar" xatırladır ki, bu barədə “Azadlıq” radiosu Ukrayna Xüsusi Xidmət orqanlarının əks-kəşfiyyat məlumatlarına istinadən yazıb. Məlumatda bildirilir ki, Ukraynada olduqları müddətdə Rusiya ordusunun çeçen hərbçiləri (Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adı ilə “Kadırovçular” kimi də tanınır) yüzlərlə döyüşçünü itirərək martın 13-də Qroznıya qayıdıblar. Ukrayna Xüsusi Xidmət orqanlarının əks-kəşfiyyatı Ukraynadakı "kadırovçular"ın itkiləri barədə məlumata da malikdir. Bu məlumatlarda, hətta Kiyev yaxınlığında peyda olan Rusiya Qvardiyasının çeçen bölmələrinin komandirlərinin adları da çəkilir, həmçinin onların Rusiya işğalında iştirakının təfərrüatları açıqlanır. Martın 13-də Rusiyanın hökumətyönlü Teleqram kanalları Rusiyanın Çeçenistan vilayətinin rəhbəri Ramzan Kadırovun da iştirak etdiyi zirzəmidə keçirilən hərbi toplantının videosunu yayıb.
İddia olunurdu ki, səs yazısı Ukrayna ərazisində - Kiyevdən bir neçə kilometr aralıda aparılıb. Kadırovun tənqidçiləri bu məlumatı müharibə mövzusunda növbəti piar adlandırıblar. Ukrayna Xüsusi Xidmət orqanının əks-kəşfiyyatı bildirir ki, Kadırov Ukraynada olmayıb və martın 13-ü məhz “kadırovçular” qrupunun Kiyev vilayətindən Belarusa, daha sonra isə Çeçenistana çıxarıldığı gündür. Rusiyanın Ukraynaya hücumunda çeçen hərbçilərinin iştirakı ilə bağlı xəbərlər müharibənin ilk günlərindən meydana gəlməyə başlayıb.

Kadırovun Ukrayna müharibəsindəki canfəşanlığı nüfuzlu çeçenlərin cərt tənqidinə məruz qalmışdı. Ola bilsin Kadırov bu tənqidlərdən də nəticə çıxarmalı olub.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN