NATO-nun baş katibi Yens Stoltenberq sensasion açıqlama ilə gündəmə gəlib və o, bildirib ki, Ukrayna Rusiya təcavüzünə qarşı müharibədə qalib gəlməyə qadirdir.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Stoltenberq Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı belə bir bəyanatla çıxış edib. NATO-nun baş katibi əmindir ki, “Ukrayna bu müharibədə qalib gələ bilər”, çünki Rusiya Federasiyası “Kiyevi ala bilmədi, Xarkovdan geri çəkilir və onların Donbassdakı böyük hücumu dayanıb”. Sitat: "Ukrayna bu müharibədə qalib gələ bilər. Ukraynalılar öz vətənlərini cəsarətlə müdafiə edirlər", - NATO-nun baş katibi belə deyib.

 Xatırladaq ki, hazırda Rusiya Federasiyası cəbhədə hücum imkanlarını kəskin şəkildə itirir, lakin eyni zamanda Qərbə qarşı qınaq ifadələri ilə də gündəmə gəlir. Xüsusilə də Putin Finlandiyanın NATO-ya üzv olmaq qərarını səhv adlandırıb. 2012-2014-cü illərdə NATO Birgə Komandanlığının və 2014-2017-ci illərdə NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı olmuş ABŞ briqada generalı Ben Hocesin sözlərinə görə, Rusiya diplomatlarının son bəyanatları Rusiya Federasiyasının özünün real təhlükədə olduğunu aydın şəkildə göstərir. Artıq müharibənin bu mərhələsində Rusiyanın vəziyyəti "russcadır", Ukrayna təşəbbüsləri bütün cəbhə boyu ələ almaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN