Rusiyanın Ukraynadakı müharibəsi ölkəni iqtisadi böhran həddinə çatdırıb... 

Belə ki, Rusiya 1918-ci ildən bəri ilk dəfə olaraq xarici kreditorlara ödənişləri qeyri-mümkün edən sanksiyalara görə xarici valyutada suveren borcunu defolt edib. Tezadlar.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Qeyd edilir ki, Rusiya Federasiyası aylardır Kremlin Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiyalardan yan keçməyin yollarını axtarır. Lakin dünən bazar günü günün sonunda 100 milyon dollarlıq faiz güzəştin müddəti mayın 27-dək başa çatıb ki, bu da ödənişin buraxılması halında defolt hesab olunur. Nəşrin fikrincə, bu, ölkənin “iqtisadi, maliyyə və siyasi pariyaya” çevrildiyinə işarədir. Martın əvvəlindən mərkəzi bankın (RF - red.) valyuta ehtiyatları dondurulmuş vəziyyətdə qalıb, ən iri bankların isə dünya sistemindən əlaqəsi kəsilib. Lakin sanksiyaların iqtisadiyyata və bazarlara vurduğu zərəri nəzərə alsaq, defolt olduqca simvolikdir.
Rusiya özü defoltdan imtina edib və rəsmilər bildirib ki, hər hansı hesabları ödəmək üçün vəsaiti var, lakin ödənişləri həyata keçirə bilmirlər.
Rusiya keçən həftə Qərbin süni şəkildə yaratdığı “fors-major” vəziyyətini tənqid edərək, 40 milyard dollarlıq rublla dövlət borcunun xidmətinə keçəcəyini açıqlamışdı.

*** 

Oxuculara aydınlıq olsun deyə, bildiririk ki, Defolt (Default) - Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN