Avstraliya hökuməti Rusiyaya qarşı sanksiyalarıı genişləndirib.

Bu dəfə Rusiya nazirlərinin, iş adamlarının və “Milli Media Qrupu”nun direktorlar şurasının rəhbəri Alina Kabayevanın da daxil olduğu siyahıya 16 nəfərin adı daxil edilib.

Avstraliya XİN-nin saytında verilən məlumata görə, “qara siyahı”ya Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşevin, Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyevin, tikinti və MTT naziri İrek Fayzullinin, uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın, NPF “Qazfond”un prezidenti Yuri Şamalovun, “Soqaz”ın direktorlar şurasının üzvü Mixail Klışinin, "Rosgeologiya" ASC-nin İdarə Heyətinin sədri Sergey Qorkovun, ESN şirkətlər qrupunun sahibi Qriqori Berezkinin, Merkuri şirkətlər qrupunun prezidenti İqor Kesayevin, “Kiyev Ploshchad” şirkətinin həmtəsisçisi Qod Nisanovun, AFK “Sistema”nın keçmiş prezidenti Yevgeni Novitskinin, iş adamları Aleksandr Plexovun, İqor Putinin, “Soqaz” idarə heyətinin sədr müavini Mixail Putinin, MRT şirkətlər qrupunun direktorlar şurasının sədri Roman Putinin də adları daxil edilib.

Xatırladaq ki, bundan əvvəl Avstraliya Rusiya prezidenti Vladimir Putinə qarşı da sanksiyalar tətbiq edib.

***

Qeyd edək ki, Avstraliyanın “qara siyahısı”na düşən Alina Kabayevanın adı daha öncə digər ölkələrin də  belə siyahısına düşüb və sanksiyalarla üzləşib.

 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra bir sıra ölkələr Kabayevaya qarşı şəxsi sanksiyalar tətbiq edib.

Belə ki, mayın 13-də Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Vladimir Putinin yaxın çevrəsinin üzvü kimi Kabayevanı sanksiyalar siyahısına salııb.

Mayın 27-də isə Kanada Kabayevaya qarşı sanksiyalar tətbiq edb. Sənəddə deyilir ki, sanksiyaya məruz qalan şəxslər Rusiyanın Ukraynaya əsassız müdaxiləsində şərik olanlardır.

Sanksiyalar Kanadadakı şəxslərə və Kanadadan kənarda olan kanadalılara adı sanksiyalar siyahısında olan şəxslərin hər hansı əmlakı ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmaq, onlara maliyyə xidmətləri göstərmək və s. qadağan edir.

İyunun 3-də isə Avropa İttifaqı tərəfindən Kabayevaya qarşı sanksiyalar tətbiq edildi.

Həmin sənəddə qeyd edilir ki, “Kabayeva Rusiya hökumətinin təbliğatını əks etdirən demək olar ki, bütün mühüm Rusiya federal KİV-lərində böyük paylara sahib olan “Milli Media Qrupu”nun (NMG) holdinqinin direktorlar şurasının sədridir. O, Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqədədir. Ona görə də Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən hərəkətləri və siyasəti dəstəkləmək öhdəliyi var”.

İyunun 10-da İsveçrə Aİ-nin Kabayevaya qarşı sanksiyalarına qoşulmuşdu.

Xatırladaq ki, Alina Kabayeva 1983-cü ildə Daşkənddə anadan olub. Kabayevanın atası tatar, anası isə rusdur.

Kabayeva Rusiyanın ikinci ən çox uğur qazanmış bədii gimnastıdır.

2007-ci ildən Kabayeva Kremlin Birləşmiş Rusiya Partiyasının təmsil edən Rusiya parlamentinin, Dövlət Dumasının bir üzvüdür. 2008-ci ilin fevral ayından "Milli Media Qrupu İctimai Şurası”, "İzvestiya”, "Kanal 1” və "REN TV” nəzarət etdiyi media qrupunun rəhbəri olub.

Qeyd edək ki, vaxtilə Rusiya KİV-də Alina Kabayevanın Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibəti olduğu barədə məlumatlar yayılmışdı.  Lakin bu xəbərlər təkzib edildi...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN