Zelenski fevralın 24-də müharibə başlayandan bəri Rusiya işğalından azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, o, bu barədə ənənəvi axşam videomüraciətində deyib. Sitat: "Bizim fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib. Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610 isə hələ də Rusiya işğalı altındadır. Onların əksəriyyətinin bərpaya ehtiyacı var, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır. Ancaq bundan başqa, digər vilayətlərdəki onlarla şəhər raket zərbələri alırlar. Yüzlərlə müəssisə məhv edilib. Onların arasında mürəkkəb, təhlükəli istehsalatlar da var. Bura kimya, metallurgiya aiddir”.
CNN məlumat yayıb ki, ağır döyüşlər bütün cəbhəboyu davam edir. Donbasda episentr, təbii ki, Luqansk vilayətinin şəhərlərindədir. Xarkov vilayətində düşmənin aktivliyi güclənir. Xerson vilayətindəki İvanovkadan işğalçıları qovmaq müvəffəq olub, Ukrayna cənubda təzyiqləri davam eTditi. Təəssüflər olsun ki, Rusiya heç bir danışığa getmək istəmir və faktiki olaraq Ukraynanı ələ keçirməkdə həıəki israrlıdır.
A.Məmmədli