Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq,
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 000 (beş yüz min) Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürülüb.
Bu barədə Azərbaycan Futbol Federasiyalar Assosiasiyası (AFFA) məlumat yayıb.
Qeyd edək ki, 500 min türk lirəsi təqribən 45147.04 Azərbaycan manatına, 26565 ABŞ dollarına bərabərdir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin bir sıra bölgələrində 7,7 bal gücündə dəhşətli zəlzələ baş verib. İndiyədək 16546 nəfər həyatını itirib, çoxsaylı yaralı var. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq hadisənin elə ilk saatlarından qardaş Türkiyəyə FHN -nin xüsusi xilasetmə qrupları, həkim heyəti, xüsusi texnikalar, humanitar yardımlar göndərilib və bu yardımlar davam etməkdədir.
Onu da qeyd edək ki, bu humanitar yardımlara dövlətimizlə yanaşı müəssisələr, təşkillatlar, bütövlükdə Azərbaycan xalqı da dəstək verirlər və hər kəs bacardığı qədər yardım etməyə çalışır.
JASMİN