Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

TEZADLAR.AZ  xəbər verir ki, mübarizəyə 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb - 0:5. G.Şirinova bürünc medal uğrunda güləşəcək. O, Mariana Draqutan (Moldova) - Çadia Ayaçi (Fransa) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib - 2:13. J.Əliyeva sabah təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairlə güləşəcək.

Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu "tuş"la məyus edərək adını yarımfinala yazdırıb. B.Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub - 6:3. Birgül sabah finalda rumıniyalı Amina Kapezanla qarşılaşacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN