booked.net booked.net  

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Portuqaliya futbol çempionatını tənqid edib.

İdmançını liqadakı çoxlu mübahisəli vəziyyətlər əsəbləşdirib.

"Hər kəs öz fikrini bildirir, hamı müzakirə edir, 40 kanal bu haqda danışır. Bu, çox pisdir. Ümid edirəm ki, çempionatda hər şey düzələcək", - Ronaldo deyib.

Onun sözlərinə görə, indi baş verən hər şey “sirkə çevrilir”.

Ronaldo əlavə edib ki, bütün liqalarda mübahisələr var, lakin Portuqaliyada həddindən artıq çoxdur. Ona elə gəlir ki, bu baxımdan, Səudiyyə Ərəbistanı daha yaxşıdır, çünki orada çempionat belə hay-küysüz keçirilir.

O qeyd edib ki, daha yaxşı oyunçular, daha az mübahisələr və daha çox futbol var, ona görə də Səudiyyə Ərəbistanı liqasını hazırda portuqallardan daha yaxşı hesab edir.

Xatırladaq ki, ötən ilin sonunda futbolçu “Əl-Nasr”la müqavilə imzalamışdı. Jurnalistlərin fikrincə, onun maaşı mövsümə 200 milyon avro təşkil edir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN