Monakoda Avropa Futbol Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bu zaman Ağdamın "Qarabağ" komandasının rəqibləri müəyyən edilib.

Azərbaycanın futbol klubu "H" qrupuna düşüb, Leverkuzenin "Bayer", Norveçin "Molde" və İsveçin "Hekken" komandaları ilə oynayacaq. "Qarabağ" Avropa kuboklarında adı çəkilən komandalardan 2020-ci ildə Çempionlar Liqasında Molde ilə oynayıb. Həmin vaxt oyun heç-heçə başa çatmışdı və "Molde" penaltilər seriyasından sonra qalib olub.  İlk yerləri tutan komandalar Avropa Liqasının pley-off mərhələsinə çıxacaqlar. Üçüncü komanda 1/16 finala çıxacaq, burada onun rəqibi Konfranslar Liqasında öz qrupunda ikinci yeri tutan klublardan biri olacaq.

"Qarabağ" bu sezonda Avropa kuboklarında çıxışlarına Çempionlar Liqası ilə başlayıb, birinci mərhələdə Gibraltarın komandasına qalib gəlib. İkinci mərhələdə Azərbaycan komandası iki görüşün ümumi balına görə Polşanın "Rakuv" komandasına uduzub və Avropa Liqasının Çempionlar Liqasından Avropa Liqasına keçib, burada üçüncü mərhələdə Finlandiyanın HİK klubuna, pley-off-da isə Sloveniyanın "Olimpiya" klubuna qalib gəlib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN