Dünən İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Liverpul” öz meydanında “Çelsi”ni darmadağın edib.

Tezadlar.az CBC- sport- a istinadla xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Liverpul”dan Dioqo Jota, Konor Bredli, Dominik Soboslai və Luis Dias fərqlənib, qonaqların yeganə qolunu isə Kristofer Nkunku vurub.

“Liverpul” bu mövsüm 22 oyundan 15-ci qələbəsini qazanıb və 51 xalla Premyer Liqa cədvəlinə başçılıq edir. Yurqen Kloppun yetirmələri sentyabrın 30-dan bəri İngiltərə Premyer Liqasında uduzmur və “Çelsi” üzərində qələbə “Liverpul”un məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN