Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

MƏHKƏMƏ GENERALI HƏBSDƏ SAXLAYIB

Hərbi məhkəmə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı İvan Popovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edərək, onu istintaq təcridxanasında saxlayıb.

POLİTOLOQ: ERMƏNİSTANIN KTMT-Nİ MALİYYƏLƏŞDİRMƏYƏ PULU YOXDUR

Siyasi müşahidəçi Andrey Perla Tsargrad.tv-yə müsahibəsində İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməkdən imtina etməsini şərh edib. Ekspert etiraf edib ki, Ermənistanın sadəcə olaraq pulu yoxdur. Bundan əlavə, onun sözlərinə görə, respublikanın baş naziri Nikol Paşinyan Fransada onun Rusiyanın hərbi müttəfiqi adlandırılacağından qorxa bilər.

İSRAİLİN QƏZZA ZOLAĞINDAKI SON HƏRƏKƏTLƏRİ BELƏ DƏYƏRLƏNDİRİLİB

Politoloq Sergey Markov “Markov’s Logic” Telegram kanalında İsrail ordusunun (IDF) Qəzza zolağındakı çadır düşərgəsinə zərbə endirməsinin beynəlxalq ictimaiyyətin Təl-Əvivə təzyiqinin artmasına səbəb ola biləcəyini bildirib. Markov qeyd edib ki, yüzdən çox insan həlak olub, onların arasında qadın və uşaqlar da var.

ƏFV OLUNANLAR AZADLIQDA- YENİLƏNİR

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

DÖVLƏT MÜKAFATLARI KOMİSSİYASININ QƏRARININ ELANI GÖZLƏNİLİR…

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Fərman və Sərəncamına uyğun olaraq bu il üçün (iki ildən bir verilir) Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında “Təzadlar” qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi “Sonuncu əmr” romanı da var.

İDEOLOJİ İŞ VƏ MƏNƏVİ-PSİXOLOJİ TƏMİNAT ÜZRƏ ZABİTLƏR VƏ PSİXOLOQLAR İLƏ TOPLANTI KEÇİRİLİB

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə toplantı keçirilib.

İSMƏT ABASOV TƏLTİF EDİLDİ

 Prezident İlham Əliyev İ.D.Abasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

EVLƏNİB-BOŞANAN CƏMİYYƏT: BİZ HARA GEDİRİK?

Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Bəs niyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində hansısa qabaqlayıcı, qarşısını alacaq tədbirlər görülmür???

MƏLƏK KİMİ İNSAN KÖÇDÜ BU DÜNYADAN

Sevdamızın yaşadıqlarını kəlmələrə sığdırmaq istəyirəm. Kəlmələr parçalanır… Onun kimi gözəl insan belə yaşamamamıydı. Allar keçsin günahımdan.

ŞİRVANDA KÜLLİ MİQDARDA HEROİN AŞKARLANIB

DİN-in Mətbuat Xidmətindən Tezadlar.az-a bildirilib ki, Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub.

KİMLƏR MDSS ÖDƏMƏKDƏN AZADDIR?

“Sosial sığorta haqqında” Qanuna əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün

BAYDEN UKRAYNA SAMMİTİNƏ GETMƏYƏCƏK

ABŞ prezidenti Co Bayden Kaliforniyada kampaniyası üçün pul yığımı planlaşdırdığı üçün İsveçrədəki Ukrayna sammitində iştirak etməyəcək.

MÜDAFİƏ NAZİRLİYİNİN DEPARTAMENT RƏHBƏRİ HƏBS EDİLİB

Məhkəmə Rusiya Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişlərinin təmin edilməsi şöbəsinin müdiri Vladimir Verteletskini dövlət müdafiə sifarişinin icrasında vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edərək həbs edib.

AVROPA KOMİSSARI GÜRCÜSTANIN BAŞ NAZİRİNİ FİKONUN TALEYİ İLƏ QORXUDUB

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa komissarlarından biri ilə telefon danışığı apardığını bildirib. Xarici agentlər haqqında qanunu müzakirə edərkən həmsöhbəti onu bu yaxınlarda Slovakiya Nazirlər Kabinetinin rəhbəri Robert Fikonun həyatına sui-qəsd nümunəsi ilə qorxudub.

BAKIDA NARKOKURYERLƏR SAXLANILDI

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

KİM GÜCLÜDÜR: KİŞİ, YOXSA QADIN???

Şahmat üzrə Avropa çempionu Şəhriyar Məmmədyarovun qadınların kişilərdən xeyli gücsüz olması barədə açıqlaması sosial şəbəkələrdə geniş müzakirə edilməkdədir…

MƏMMƏDƏMİN RƏSULZADƏ GÜRCÜSTANDA YAD EDİLDİ

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə qeyd olunub.

RAMİZ ƏSGƏR İTKİSİ…

Özünə əmin, güclü xarakterli və sarsılmaz adam idi. Hadisələrə öz məntiqindən boylanıb, qiymətləndirir və şərh edirdi. Zəhmətkeş, eləcə də çox məhsuldardı. Çalışmaqdan zövq alırdı. Vaxtının xeyli hissəsini yazıb yaratmaqla məşğul olurdu. Günün necə başlayıb, necə bitdiyini hiss etmirdi… Deyirdi ki,- “Hərdən fikirləşirəm ki, kaş bir qaranlıq zirzəmi ola, ora işıq düşməyə və mən sakitcə uzanıb […]

KREDİT QOYULUŞLARININ HƏCMİ XEYLİ ARTIB

Bu ilin aprel ayında kredit qoyuluşlarının həcmi 24 644,5 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 20,9 faiz və ya 4 264,9 milyon manat çoxdur.

İKİ DÖVLƏT QURUMU ƏMƏKDAŞLIĞA BAŞLADI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

İRAN PREZİDENTİNİN HELİKOPTERİ NECƏ AXTARILIB?

Ötən gün Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, AKINCI PUA-sının İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmilərin həyatını itirdiyi helikopter qəzasında axtarış fəaliyyətlərində iştirakını qiymətləndirib.

BAKIDA DƏLƏDUZLUQ EDƏN PAKİSTANLI SAXLANILIB

Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir nəticəsində Azərbaycan Respublikasının ərazisinə gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb.

BRİTANİYADA MAYIN 20-Sİ “RÜSVAYÇILIQ GÜNÜ” ELAN EDİLİB

 Böyük Britaniyanın baş naziri Rişi Sunak 1970-90-ci illərdə ölkədə minlərlə pasiyentin yoluxmuş qan köçürülməsi nəticəsində HİV və hepatit C virusuna yoluxduğunu xəbər verən araşdırmadan sonra mayın 20-ni “rüsvayçılıq günü” elan edib.

POLİS AĞCABƏDİDƏ ƏMƏLİYYATLAR KEÇİRİB

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə saxlanılıb. Ondan 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb.

SAĞLAMLIĞIN KEŞİYİNDƏ DAYANMAQ ŞƏRƏFLİDİR

Azərbaycan tibb elminin yaratdığı xarüqələr gündən-günə, aydan-aya, ildən-ilə daha parlaq şəkildə özünü büruzə verir. Həkimlərimizin xoş sorağı yaxın-uzaq tibb ocaqlarında eşidilməkdədir. Gecəsini gündüzünə qatıb xəstəsinin çarpayısından bir an belə ayrılmayan həkimlərimizin barəsində nə qədər xoş sözlər söyləsək azdır. Hər bir insan xəstələnəndə onun ümid dolu gözləri ağ xalatlı həkimlərimizə zillənir. Onlardan dərdlərinə əlac diləyirlər.

“İŞƏ ÇIXMAYANDA XƏSTƏLİK VƏRƏQİ VERİLMƏDİYİ ÜÇÜN İŞÇİLƏR MÜAVİNƏT ALA BİLMİRLƏR”

AR Nazirlər Kabinetinin 189 saylı Qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə olan bu qayda bir çox hallarda praktikada işçilərin əmək və sair hüquqlarının pozulması ilə nəticələnir.