Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumların (seçmə qaydada) dövlət vəsaitindən
Nəhayət, "TikTok" canlı yayımların monetizasiyasını tənzimləyən yeni qaydaları, həmçinin yayımçılara təhlükəsiz və müsbət canlı yayımlar yaratmağa kömək etmək üçün təhsil resurslarını təqdim edir.
Adətən kişinin qadını amansızlıqla qətlə yetirməsinin şahidi oluruq...
"Gürcü xalqı Avropa İttifaqında öz gələcəyini açıq şəkildə seçib və biz onlara dəstək olmaq üçün hər şeyi edəcəyik - Gürcüstan məsələsini Avropa Şurasının növbəti iclasının gündəliyinə əlavə edəcəyəm".
Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel sosial media hesabında qeyd edib. Sitat: "Dekabr ayında Avropa Şurası Gürcüstanın müvafiq addımlar atacağını və lazımi islahatları həyata keçirəcəyini başa düşərək, Gürcüstana namizəd statusu vermək qərarına gəlib. Parlamentdə “Şəffaflıq Qanunu”nun qəbulu geriyə addımdır və Gürcüstanı Aİ yolundan daha da uzaqlaşdırır. Gürcü xalqı Avropa İttifaqında öz gələcəyini açıq şəkildə seçib və biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik. Buna görə də mən Gürcüstanla bağlı məsələni Avropa Şurasının növbəti sessiyasının gündəliyinə əlavə edəcəyəm”.
Gürcüstan parlamenti isə prezidentin daha bir qərarına veto qoyub. Ölkədə siyasi gərginlik idə durmadan artır...
A.Məmmədli