Azərbaycanda son dövrlər bir sıra ərzaq məhsullarının qiymətinin qəflətən qaldırılması hökuməti də ciddi narahat etməyə başlayıb...

Pin It

Dünən- cümə axşamı BMT Beynəlxalq məhkəməsində (ICJ) keçirilən qızğın iclasda Ermənistan və Azərbaycan uzun müddətdir ki, Dağlıq Qarabağ regionunda "etnik təmizləmə" ittihamları ilə üzləşiblər.

Pin It

"Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur".

Pin It

 Azərbaycan 44 günlük və 23 saatlıq anti-terror müharibə və əməliyyatları ilə ermənilərin yüz illərdir arzuladığı və xəyalından keçirdiyi «Artsax dövləti» xülyasına son qoydu. Separatçılar özləri özlərini buraxdı, ardınca isə Qarabağdakı separatçıların keçmiş “prezident”ləri- Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020) və Araik Harutyunyan (2020-2023), eləcə də “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, həmçinin özünü buraxmış qondarma rejimin dövlət naziri olmuş Ruben Vardanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Bakıya gətirildi. Hazırda DTX təcridxanasında dindirilən bu nadanların törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün istintaq aparılır.

araik-3

ruben-var

 Şübhəsiz ki, onların əli bu və ya digər vaxtlarda günahsız qətlə yetirilmiş on minlərlə Azrbaycan vətəndaşının qanına bulaşıb. Onlar bunlara görə cavab verməlidirlər. Onların ifadələri həm də Azərbaycanın yaxın tarixində törədilmiş digər cinayətlərə də aydınlıq gətirməlidir. Məsələn, bu sırada Şuşanın müdafiəsini təşkil edən, 1991-ci ilin may-iyul aylarında Şuşa-Laçın bölgəsində keçirilən xüsusi əməliyyatlara rəhbərlik etmiş Şuşa rayon İcraiyyə Komitəsinin sədri Mikayıl Gözəlovun qətlinin əsil sifarişçisinin mənsubiyyəti, eləcə də 1991-ci ilin 20 noyabr vertolyot qəzasının əsil səbəbləri və səbəbkarlarının kimliyi və s. məsələlər durur.

 Bu istintaq, ümumiyyətlə, Qarabağın başı üzərində dolanmış qara buladların səmtini və mənbəyini də açıb göstərə bilər… Güc qalır peşəkar müstəntiqlərə!

A.Məmmədli

Pin It

Azərbaycan Milli Məclisin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN