Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışından sonra erməni lobbisinin əsas dayağı hesab edilən Amerikanın Erməni Milli Komitəsi (ANCA) gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamyın məlum bədnam çıxışı ilə bağlı posta girişi məhdudlaşdırıb.
Bu barədə deputat Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, ANCA bu video ilə Azərbaycana qarşı saxta kampaniya qurmuşdu və bu qərəzli video, kifayət qədər ciddi müzakirələrə səbəb olmuşdu.
Vüqar Bayramov vurğulayıb ki, cənab Prezidentin məsələyə münasibətindən sonra ermənilər Ramasvamyın saxta çıxışını artıq gizlətməyə çalışırlar.
"Qeyd edim ki, dünən bu saxta çıxışa mən də X sosial şəbəkəsində münasibət bildirmişdim: “Sadəcə biabırçılıqdır: Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutması görüntüləri Azərbaycanın "təcavüzkarlığı" kimi təqdim olunur. ANCA özünü dolaşdırdı və Ermənistanın təcavüzkarlığını bir daha nümayiş etdirdi. Bu namizədin Ermənistanın xristian ölkəsi olduğunu vurğulaması ayrı - seçkilikdir. Qafqazda müharibə dini müharibə deyil, işğalçıya qarşı müharibə idi. Bu cür qərəzli çıxışlar regionda Amerika dəyərlərinə inamı sarsıdır”, - Bayramov qeyd edib. 
Xatırladaq ki, bir müddət öncə Amerika Erməni Milli Komitəsi (ANCA) jurnalistlərdən Ermənistan barədə reportajları pulla almağı təklif edirdi.

Bu barədə kolumbiyalı jurnalist Roberto Trobax Ernandes özünün "X" səhifəsində məlumat yaymışdı.

O, qeyd edirdi ki, ANCA nümayəndələri ona Ermənistana səfər, həmçinin telereportaj və məqalələr üçün lazım olan bütün xərcləri ödəyəcəyi vədi ilə təklif göndərib.

Lakin daha öncə Azərbaycana -Şuşaya səfər etmiş kolumbiyalı jurnalist bütün həqiqətləri öz gözü ilə görərək, bu barədə ölkəsində məqalə də dərc etmişdi. Buna görə də vicdanlı jurnalist pulla ələ alınmağın mümkünsüzlüyünü açıq şəkildə bəyan etmişdi.

"Mənim Azərbaycan xalqı və hökumətinə sədaqətimi və onlarla olan dostluğumu bir neçə min dollara almaq və ya satmaq mümkün deyil", - jurnalist qeyd edib.

Ümumiyyətlə, ANCA Azərbaycan əleyhinə mümkün qərəzli əməllərlə məşğuldur. Və onların bütün bu bəd əməlli üsullarının qarşısı alınmaqdadır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN