Niyə ölkədə boşanmaların artımının qarşısını almaq mümkünsüz sayılır?

Vəziyyət isə getdikcə kritik hal alır... Tezadlar.az- ın apardığı araşdırmalar isə sübut edir ki, məsələn, təkcə bu il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 163 176 nəfər təşkil edib.  Bu rəqəmlər həm də Dövlət Statistika Komitəsinin rəsmi məlumatında yer alıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə enib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

Bu artıq SOS siqnalıdır! Lakin təəssüflər olsun, hələki boşanmaların qarşısını almaq mümkünsüz sayılır... Niyə? Niyə aidiyyəti qurumlar bunun əsl səbəblərini aydınlaşdıra bilmir və qarşısını almaq üçün müvafiq tədbirlər görülmür? Axı bu ölkə əhalisinin demoqrafik strukturuna ağır zərbədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN