XOCALILAR HAYQIRDI: "VİRAN EDİLMİŞ QƏBİRLƏRİMİZİN YERİ HARDADIR?"
QAZIN QİYMƏTİ NİYƏ QAÇILMAZ İDİ Kİ???
...Dünyaya qaz satan Azərbaycanda qazın qiymətinin getdikcə artırılması suallar doğurur...
"METRO- CİTY" TİCARƏT MƏRKƏZİNİN ƏTRAFI YANDI, YOXSA YANDIRILDI?
Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektləri od tutub yanır... Bununla bağlı ətrafdakı binalarda yaşayan insanlar mənzillərini tərk edib. "Təzadlar"ın yanğın ərazisində olan əməkdaşı xəbər verir ki, yanğın o dərəcədə güclüdür ki, onun qəsdən törədilməsi şübhəsini yaradır. Ətrafdakı sakinlər də belə söyləyirlər: "Bir obyektdə yanğın olan kimi duyuq düşüb dərhal qarşısını almaq olur... Burda isə, yanğın birdən hər tərəfi bürüdü. Burada çoxdan idi ki, "Metro-City" bağlanmışdı. Şəriklər malları bu dükanlara daşıdıb satırdı, onların arasında mübahisə var idi... Halbuki zirzəmisi də olmaqla, bura böyük ticarət mərkəzi olub. Mən buradan mal alıb başqa yerə göndərirdim. Pandemiya ilə bağlı buranı bağladılar, amma hamıdan icarə haqqı tələb edirdilər. Mübahisə son həddə gəlib çlxmışdı...".
Qeyd edək ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib? Hazırda hadisə yerinə 15 yanğınsöndürmə maşını cəlb olunub, alovu ram etmək mümkünsüzdür... Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər. Ətrafda ciddi tıxac yaranıb deyə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib ki, bu ərazidən keçməsinlər, maşın saxlamasınlar.
Hələki yanğının əsl səbəbi barədə rəsmi məlumat verilmir...
A.Məmmədli
"Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
"REPORT" "AZƏRNƏŞR"LƏ "AZƏRBAYCAN" NƏŞRİYYATINI SƏHV SALDI
"Report" informasiya portalı bu gün "“Azərnəşr” mənfəətlə işləməyə başlayıb" sərlövhəli xəbər paylaşıb.