Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvili ilə bağlı verilən suala bərk əsəbləşib...
"Məhbus Saakaşvili, yalnız sabitliyi pozmaq, iğtişaşlar törətmək və çox ağır bir təxribat törətmək məqsədi ilə Gürcüstana gəlib". Bu sözləri baş nazir İrakli Qaribaşvili deyib. O, bildirib ki, Saakaşvili barəsində daha danışmaq istəmir: "Hər kəsə bildirmək istəyirəm ki, hamımıza sakitlik lazımdır. İkinci turu, seçkiləri dinc keçirməliyik, bu seçkiləri sonlandıraq ki, hamı qalib gəlsin, ölkəmiz qalib olsun və dinc inkişafı davam etdirsin. Daha məhbus barəsində çox danışmaq istəmirəm. Düşünürəm ki, kifayət qədər açıqlamalar verildi, çox enerji xərcləmişik, indi isə işə diqqət yetirmək lazımdır. Məhbus Saakaşvili, şübhəsiz ki, planlaşdırdığı kimi baş versəydi, sui-qəsd də daxil olmaqla, sabitliyi pozmaq, iğtişaşlar törətmək və çox ağır bir təxribat törətmək məqsədi ilə Gürcüstana gəlmişdi. Allaha şükürlər olsun ki, bu böyük sınaqdan və təxribatdan yaxa qurtardıq", - deyə İ. Qaribaşvili bildirib.
Saakaşvilinin tərəfdarlarl isə onun azad olunmasl üçün ciddi fəaliyyətə başlayıb...
A.Məmmədli