Ötən gün Tbilisidə parlamentin qarşısında baş tutan "Evə - Avropaya" adlı aksiyanın iştirakçılarının bir qismi gecəni hökumət evinin qarşsında keçiriblər.

Tezadlar.az Güercüstan KİV-lərinə istinadla bildirir ki, aksiyaçıların məqsədi bu gün baş nazir İraqli Qaribaşvilini hökümətin iclasına gəldiyi zaman onu öz etirazları ilə qarşılasınlar. Aksiyanın əsas təşkilatçılarından biri Şota Diqmelaşvilinin sözlərinə görə, bu gün hökumət administrasiyasının qarşısında aksiya baş tutacaq: “Bazar ertəsi səhər kansleriyada hökumətin iclası keçirilir. Odur ki, gedək və səsimizi eşitdirək. Gəlin hamımız birlikdə milli imtahandan keçək”.

Şota Diqmelaşvili əlavə edib ki, "Evə - Avropaya doğru" aksiyasının əsas tələbi baş nazir İrakli Qaribaşvilinin istefa etməsi və ilin sonunadək  Avropa İttifaqının təqdim etdiyi 12 bəndin hamısını yerinə yetirəcək milli hökumətin yaradılmasıdır.

Ekspertlər bu aksiyalarda Saakaşvili faktorunu inkar ediblər. "Saakaşvilinin bu aksiyalara hər hansı bir aidiyyəti yoxdur!".

A.Məmmədli


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA