“Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə müəssisə özü elan edib.
Bildirilib ki, müəssisə adını və təşkilati-hüquqi formasını dəyişərək “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir.
Qeyd edək ki, müəssisə 2008-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sutikinti” müəssisəsi kimi dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 423 420 manat olan müəssisənin qanuni təmsilçisi isə İmanlı Orxan Yasəf oğludur.