Mirvari Qəhrəmanlı: «Ayda iki dəfə dəniz neftçilərinin ağız-burnundan yaxma götürüb kiminsə klinikalarına pul köçürdürlər ki…».

Allaha və tibbimizə, TƏBİB-ə min şükür ki, korona ilə mübarizədə qalib ölkələrdənik. Azərbaycan həm də 44 günlük müharibədə korona virusundan betər Ermənistana-paşinyanlara, koçaryanlara, sarkisyanlara… qalib oldu. Amma…

 Bəli, korona çoxdan üzü Ermənistana tərəfdir. Amma onu biz tərəfə istiqamətləndirənlər var… Belə ki, Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari xanım Qəhrəmanlı maraqlı açıqlama yayıb. «Təzadlar»a danışan M.Qəhrəmanlı bunları dedi:

- Bilirsiniz ki, koronavirusla mübarizədə Nazirlər Kabinetinin Təlimatları var. Demək olar bütün qadağalar aradan qaldırılıb… Amma SOCAR-da ayda iki dəfə dəniz neftçilərinin -burnundan yaxma götürüb kiminsə klinikalarına pul köçürdənlər vardır. Birliyimizə daxil olan şikayətlər bunu deməyə əsas verir. Belə çıxır ki, bu Nazirlər Kabinetinin tapşırığıdır? Mən fürsətdən istifadə edərək SOCAR-ın prezident əvəzi cənab Rövşən Nəcəfdən xahiş edirəm, işçilərin ağız- burnundan yaxma götürtməkdə maraqlı olanlarla maraqlanıb tədbir görsün. Bu qanunsuz və əsassız hərəkətlərin altını sadə işçilər və büdcəmiz çəkir…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN