Ötən gün Kəlbəcərdə minaya düşən hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarov bir ayağını itirib.
Bu barədə sosial mediada məlumat yayılıb... Digər ayağını da itirmək təhlükəsi var. Vüqar İsbəndiyarov şərəfli bir zabit yolu keçib. O, Bakı Ali Komandirlər Məktəbini bitirib Naxçıvanda xidmətə başlayıb, müxtəlif vaxtlarda fərqli bölgələrdə 3 briqadaya komandirlik edib. Vətən Müharibəsindən təxminən 1 il əvvəl Ali Hərbi Məktəbə müəllim təyin olunmuşdu. Müharibə başlayanda ön cəbhəyə çağırıldı və dərhal briqada komandiri təyin olundu. Cəbrayıldan Laçına qədər şərəfli döyüş yolu keçdi, qələbədən sonra briqada komandiri kimi xidmətini Kəlbəcərdə davam etdirirdi. Vətən Vüqar kimi oğulları ilə fəxr edir...
A.Məmmədli