Yanvarın 20-də səhər saatlarında Tatarıstanda Ukraynaya məxsus iki pilotsuz uçan aparat məhv edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Düşmənin PUA-ları Moskva vaxtı ilə saat 6:00-7:00 arasında növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.
"Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı Tatarıstan Respublikası ərazisi üzərində məhv edilib", – nazirliyin açıqlamasında deyilir.
Tatarıstan hakimiyyəti daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin bölgədəki sənaye müəssisələrinə hücum etməyə çalışdığını bildirmişdi. Hər hansı tələfat və dağıntı yoxdur.
E.ŞİRİNOV