HƏMAS ilə razılaşmadan dərhal sonra İsrail elitası parçalandı - razılaşmanı "məğlubiyyət" hesab edən üç nazir istefa verib.
Tezadlar.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Ben-Qvir Qəzzadan olan girovların güc yolu ilə azad edilməli olduğunu deyib və mübadiləni “təslim olmaq” adlandırıb.
Lakin İsrailin maliyyə naziri daha da irəli gedərək əməliyyatın bərpa olunmayacağı təqdirdə Netanyahu hökumətinin sadəcə devrilməsini təklif edib.
Eyni zamanda, atəşkəs elan edildikdən sonra sevinən maskalı silahlı şəxslərin Qəzzanın özündən getdikcə daha çox görüntülər gəlir. İsrail mətbuatı bunu birmənalı şəkildə şərh edir: Netanyahu öz müharibəsinin əsas məqsədinə - HƏMAS hərəkatının tamamilə sıradan çıxarılmasına nail ola bilmədi.
Xatırladaq ki, yanvarın 19-da HƏMAS Yaxın Şərqdə qüvvəyə minən çoxdan gözlənilən atəşkəs çərçivəsində ilk israilli girovları azad edib. Münaqişənin əvvəlində əsir düşən 3 qadın Qəzza zolağından ayrılaraq helikopterlə vətənlərinə aparılıb. Onlar həkimlər tərəfindən müayinə olunub, bundan sonra yaxınları ilə əlaqə yarada biliblər.
Yüzlərlə israilli azad edilmiş xalqa dəstək üçün xəstəxanaya gəlib. Razılaşmanın şərtlərinə əsasən, Təl-Əviv İsrailin HƏMAS-la əlaqəli hesab etdiyi 90 fələstinlini də təhvil verib. Onları böyük izdiham qarşılayıb.
Qəzzada gecə boyu atəşfəşanlıq olub, sakinlər bayraqlar dalğalandırıblar. Əsirlərin mübadiləsi ilə yanaşı, humanitar yüklərin də anklav ərazisinə maneəsiz keçməsi barədə razılıq əldə olunub - 200 maşın artıq ərzaq, dərman, geyim və yanacaq çatdırıb.
E.ŞİRİNOV