Bakı İnzibati Məhkəməsi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının müdafiə etdiyi İddiaçı Abdullayev Nəriman Bəxtiyar oğlunun ("Qum Adası" NQÇİ-də iş yerində xəsarət almış) şikayətini təmin edib... Bu barədə "Təzadlar"a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verdi. M.Qəhrəmanlı əlavə etdi: "...Bu məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idi. Agentliyə qarşı 30.06.2021-ci il tarixdən etibarən dayandırılan 2-ci dərəcə əlilliyinin müddətsiz müəyyən olunması haqqında iddia Bakı İnzibati Məhkəməsi dünənki- 26.07.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Vəkillər Rauf Əzimov və Orxan Abbasov idi, onlara təşəkkür edirəm...".
Xatırladırıq ki, son vaxtlar əlliyin təyin edilməsindəki süründürməçiliyə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi mediada sərt tənqid edilir. Tədbir görülməsi isə hələki nəzərə çarpan səviyyədə deyil...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN