booked.netbooked.net booked.net  

""Qarabağ" UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib azarkeşlərini sevindirdi"

Bu barədə "Təzadlar"ın İsveçrədəki xüsusi müxbiri İlham Rəsul məlumat verdi. İ.Rəsul oyunu İsveçrədə canlı izlədiyini, azarkeşlər arasında Avropada yaşan xeyli Azərbaycanlının olduğunu bildirdi: "...Biz oyunu canlı izlədik, "Qarabağ"ın uğuru hamımızın alqışları ilə müşaiyət edildi... Komandamız bununla da Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, növbəti raunda adladı. Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdəki heç-heçə sayəsində adını III raunda yazdırıb".

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşması isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq. İnanırıq ki, komandamız bu matçda da qalib gələcək. Çünki buna layiqdir...

A.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN