booked.netbooked.net booked.net  

"Mixeil Saakaşvili “Milli Hərəkat”ı və bütövlükdə Gürcüstan siyasətini tərk edir".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Saakaşvilinin vəkili Valeri Qelbaxiani açıqlama verib. Vəkil onun siyasəti tərk etməsinin səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib. Sitat: “Ailə ilə, qohumlarla da bu mövzuda çoxlu söhbətlər olub. Görünür, bu haqda çoxdan fikirləşirdi, amma qalmaqallı dissonansın olmasını istəmədiyi üçün heç kimə ucadan deməyə imkan vermirdi. Onun siyasi resursları tükənib və buna uyğun olaraq gündəliyin vəzifələri də dəyişib. Onun əsas vəzifəsi sağlamlığının qayğısına qalmaq, yaxınlaşan təhlükədən, ölümdən xilas olmaqdır. Ona görə də onun mövqeyi belədir ki, Saakaşvilini sağ görmək istəyənlər onun bu ölkədən getməsinə, müalicə almasına dəstək verməlidir".

M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. O, xəstəxanaya mayın 12-də köçürülüb. Lakin Gürcüstan hakimiyyəti onun azad olunması barədə hələki qəti qərar verə bilmir. Baxmayaraq ki, dünyanın nüfuzlu insan haqları təşkilatları onun azad olunmasını tələb ediblər.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN