Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin! 
Atəş açılan düşmən mövqelərinin külü havaya sovrulmalı, Şəhidimizin 10 qat qisası alınmalıdır. Atəş açılan düşmıən ərazisində Bayrağımız qaldırılmalıdır. Qararabağın rusların nəzarətində olan ərazilərindən erməni silahlıları tam çıxarılana və Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizi də Azərbaycanın nəzarətində qismən qapalı qalmalıdır.
Bəli, Rusiyanın sülhməramlı adlı kontingenti artıq erməniməramlı statusunu almaqdadır. Azərbaycan Ordusunun əsəbləri ilə oynamağın 44 günlük dərsi var. Tarix və Azərbaycan əsgəri heç nəyi unutmur!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN