Gürcüstandakı qalmaqallı keçən seçki Rusiyanın siyasi rəhbərliyinin ürəyincədir...

Elə "Rəsmi Tiflisin istəyi olarsa, Rusiya və Gürcüstan diplomatik münasibətləri bərpa edə bilər. Lakin hələ ki, Gürcüstanın hakim partiyası bunu istəmir",- deyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedeyev RT-yə müsahibəsində onu da deyib. ki, Rusiya hökuməti ilə Gürcüstan hakimiyyəti arasında heç bir yaxınlıq yoxdur: "Bizə Gürcüstan hakimiyyətinin hər hansı yaxınlığı yoxdur. Onlar başqa düşüncə ilə yanaşırlar. Hətta diplomatik əlaqələri də bərpa etmək istəmirlər. Bu, gələcəyin işidir. İstəsələr, bərpa edərik. Hərçənd diplomatik əlaqələr olmadan da əməkdaşlıq etmək olar”.

"Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Bu tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz prezidentdir. NATO hərbi blokdur, Avropa İttifaqı kifayət qədər uzaqdadır, ABŞ-ni demirəm hələ... Rusiya isə yaxındır”, - deyə Medvedyev vurğulayıb. Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə olan zaman Rusiyada prezident vəzifəsini Dmitri Medvedeyev, Gürcüstanda isə Mixeil Saakaşvili tutub. Medvedeyev 2008-ci il müharibəsinə də münasibət bildirib və deyib ki, buna görə yalnız Saakaşvili məsuliyyət daşıyır...

Beləliklə, Rusiya Gürcüstan arzusunu ortaya qoymaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN