...COP29 qapını kəsib, bir neçə gündən sonra Azərbaycan mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edəcək...
Paxıllığımızı çəkənlər, hətta Makron kimi ayağımızdan çəkənlər də var. Amma bütün bunlar bu beynəlxalq tədbirin keçirilməsinə mane ola bilməyəcək. Amma Bakıda bu gözəl tədbirə süni ictimai narazılıq dolu rəng qatan məmurlar var. Məsələn, Bakıda onsuz da həlledilməz görünən tıxac problemi daha sərtliyi ilə gündəmdədir. Kimlərsə düşünüb ki, Bakının genişləndirilməyən yollarını kəsib parklamaya və velosiped, BUS zolaqlarına paylayanda dünya bizə afərin deyəcək. Yox, elə deyil. Azərbaycan məgər dünya ilə hesablaşır ki?! Azərbaycanın müharibədən çıxmış, 30 ildən çox qaçqın və məcburi köçkün həyatı yaşamış öz vətəndaşları var və hər şey onlar üçün olmalıdır. Amma AYNA-çı və digər bəzi məmurlar velosiped sürmək üçün uyğunlaşdırılmamış, bunun üçün ənənəvi şəhər olmayan Bakıda COP29 ərəfəsində paytaxtda süni tıxac yaratmaqda həvəslidirlər. "Təzadlar" dəfələrlə yazıb, çəkib göstərib ki, bu belosiped zolağı ilə BUS zolağı eyniləşdirilsə, necə olar? Axı müşahidələr də göstərir ki, velosiped zolaqlarından saatda bir, hətta gün ərzində 3-5 adam istifadə edə, ya etməyə. Bu qədər xərc töküb zolaq ayrılıb, amma istifadə edilmirsə, niyə ləğv etmirlər? Axı parkovkaya və velosopedə ayrılan həmin zolaq sayəsində tıxac paytaxt küçələrini keçilməz edib. Tıxacda nəfəsi kəsilən, əsəbləri tarıma çəxən paytaxt sakinlərində də belə fikir formalaşır ki, guya buna səbəb beynəlxalq tədbirlərdir. Axı belə deyil. COP29-un daşı düşsün o məmurların təpəsinə ki, zərurət oldu-olmadı genişləndirlməyən yolu kəsib parklamaya və velosipedə veriblər. Budur, bu səhər saat 11 radələrində Parlament prospektində (Şəhidlər Xiyabanından üzü SPACE-TV istiqamətinə) yolun sağ hissəsini velosipedə ayırıblar, bir zolaq da BUS-a. Sürücülərə isə bu 3 zolaqlı yolda yalnız bir zolaq qaldığından tıxac Teleteatr-a qədər gedib çıxmışdır...
Buna nə ad verək? İntellektual İdarəetmə Mərkəzində yollardakı xətti tapdalamanı görə bilirlər, belə süni tıxacları görmək olmur ki?!
A.Məmmədli