"Force of Nature" (Təbiətin Gücü) heykəlləri, İtaliyalı rəssam Lorenzo Quinn tərəfindən yaradılmış məşhur əsərlər seriyasıdır. Sosial platforma istifadəçisi Elmir Həsən bu barədə maraqlı status paylaşıb. Sitat: "Bu heykəllər, ana təbiətin gücünü və dağıdıcı qüvvəsini təsvir etmək üçün hazırlanmışdır. Lorenzo Quinn bu əsərlərində fırtınaları, xüsusən də 2004-cü ildəki Hind Okeanı sunamisini və 2005-ci ildəki Katrina qasırğasını xatırlayaraq, insanın təbiət qarşısında nə qədər aciz olduğunu göstərmək istəmişdir.
Heykəllərdə ana təbiət qadın formasında təsvir olunur və o, sanki dünyanı əlində fırladır. Bu təsvir təbiətin həm gücünü, həm də insana olan təsirini simvollaşdırır. Heykəldə qadın obrazı güclü bir külək altında paltarı dalğalanaraq, əyilmiş vəziyyətdə dünyanı əlində saxlayır. Bu isə təbiətin insanların taleyinə necə təsir göstərə bildiyini vurğulayır. Quinnin bu heykəlləri dünyanın müxtəlif şəhərlərində, o cümlədən Londonda, Qətərdə və ABŞ-da sərgilənmişdir. "Force of Nature" əsəri təbiətin qüdrəti və insanın təbiət qarşısındakı kiçikliyi ilə bağlı dərs verməyə çalışır və insanları təbiətə daha hörmətlə yanaşmağa çağırır...".
Bəli, dünyanı həm də gələcəyimiz üçün qorumalıyıq... Amma buna əməl edirikmi? Necə ki, Bakını indi rahat yaşamaq şansını əlindən almışıq... Yüksəklikdən baxanda Bakıdakı tikinti eybəcərliyi qotura tutulmuş insan bədəninə bənzəyir. Alabəzək tikintilər kimi beyin bəhsuludur görəsən? Birmərtəbəli binanın qarşısında göydələnlər ucaldılır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN