"Bizim Rusiya Federasiyası ilə heç bir diplomatik münasibətimiz yoxdur, çünki ərazimizin 20%-i Rusiya Federasiyası tərəfindən işğal olunub”.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki,  Baş nazir İrakli Kobaxidze İtaliyanın “sky” telekanalına müsahibəsində bildirib ki, Rusiya ilə əlaqə iki xüsusi xətt üzrə mövcuddur: “Bizim ünsiyyətimiz əsasən humanitar məsələlər, ticarət və iqtisadiyyata aiddir. Əgər kimsə bizi inandırsa ki, şəffaflıq və ya hər hansı digər qanun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun gəlmir, biz istənilən müvafiq qərarı nəzərdən keçirməyə hazırıq, baxmayaraq ki, bunun üçün səmimi müzakirə lazımdır. Bizim üçün burada seçim yoxdur, çünki Gürcüstan Konstitusiyası ölkənin xarici siyasətinin prioriteti kimi bütün hakimiyyət orqanlarının Gürcüstanın Avropaya inteqrasiyasını təşviq etmək üçün səylərini əsirgəməməsini müəyyən edir. Hökumət birmənalı olaraq avropapərəstdir”.

Xatırladırıq ki, Rəsmi Kreml Gürcüstandakı son parlament seçkilərindən sonra Gürcüstanla bağlı mövqeyini tamamilə dəyişib və ölkənin Avropaya istiqamətlənməsinin qarşısını almaq üçün siyasi və diplomatik danışıqlara hazır olduğunu bəyan edib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN