Ukrayna müharibənin 983-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 697 680 hərbçi, 9 170 ədəd tank, 18 487 ədəd zirehli döyüş maşını, 20 114 ədəd artilleriya sistemi, 1 244 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 994 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 961 ədəd avtomobil texnikası, 18 117 ədəd PUA, 2 627 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 583 xüsusi avadanlıq itirib. Qeyd edək ki, 2022-ci ildə başlayan müharibə 2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır. Belə ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib. Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu "xüsusi hərbi əməliyyat" adı altında rəsmiləşdirib.
Müharibə isə davam edir...
A.Məmmədli