Hazırda Bakıda olan səfir Elin Süleymanovdan Londondakı hadisəyə reaksiya verib...
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb: “Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır... Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam... Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”.
Hələki Böyük Britaniya hakimiyyətindən məsələyə konkret cavab yoxdur. Bununla belə, hadisənin radikal dini qruplaşmaların törətdiyi bəllidir. Lakin bu hadisə nəyə görə törədilib, o bəlli deyil...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA