«Ağ Şəhər» ərazisində mənzil tikintisini həyata keçirən «Parkhill» şirkəti hazırda işğaldan azad edilən Ağdamda yeni çoxmənzilli bina tikintisi ilə əlaqədar fəaliyyətini davam etdirir. «Park Qarabağ» adlanan kompleks şəhərin mərkəzində məscidin, gələcəkdə salınacaq Ağdam şəhər parkının yaxınlığında inşa edilir. 6 mərtəbədən ibarət binada mənzillər 30 faiz ilkin ödənişlə, 36-48 aylıq faizsiz kreditlə satılır. Mənzillərin kvadratmetri 1250 manatdır.
Sözügedən layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintilərin reyestrində yerləşdirilməyib, amma «Parkhill» indidən mənzilləri kvadratmetri 1250 manata satışa çıxarıb.
Güman ki, vaxtilə Ağdamda mülkü olmuş sakinlərə daha güzəştli mənzil satılacaq. Hələki bu barədə rəsmi qurumlardan dəqiq mövqe yoxdur deyə əlavə məlumat verə bilmirik.
A.Məmmədli