Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edilib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib. Sitat: “Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir - Avdeyevka, Marinka, Peski, Baxmut və bütün müvafiq istiqamətlər. Rusiya ora öz hərbi resurslarının sadəcə böyük bir hissəsini - artilleriya, texnika, insan göndərdi. Oradakı bütün müdafiəçilərimiz sadəcə qəhrəmandır. Xarkov vilayəti Ukraynanın güclü müdafiəsidir və işğalçıların hücum cəhdləri daim uğursuzluqla nəticələnir. Ölkənin cənubunda gedən mübarizə Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edilməsi ilə bağlı müjdə verir. Biz bir günü də boş yerə sərf etmirik – işğalçıların potensialını azaldırıq”.
Son vaxtlar dünya mediası da yazır ki, Rusiya Ordusu məğlub durumla üz-üzə qalıb. Hətta indiyədək işğal etdiyi Ukrayna ərazilərinin 70-80 fauzini əldən verib. Eləcə də xeyli itkilərə məruz qalıb.
A.Məmmədli