...Azərbaycan cəmiyyəti Fövqəladə Hallar Nazirliyində baş vermiş məlum biabırçı olayı müzakirə edir...

Bəllidir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Fizuli Əsədovun koməkcisi olan polkovnik Zaur Mirzəyevin vəzifəsi, rütbəsi, imtiyazı və s. olsa da, məsuliyyəti, peşə etikası sıfır olub. Niyə? Axı nazirliyin Baş Kadrlar İdarəsinin "Təlimat"ında yazılıb ki, tabe strukturlarda çalışanlarla daim əlaqə yaradılmalı, kadrların mənəvi-psixoloji və s. durumu nəzarətdə saxlanılmalı, onlarla daim profilaktik iş aparılmalıdır... Bəs bunu kim etməlidir? Görünür, edilməyib. Edilsəydi, Zaur Mirzəyev kimi "məhsul" yetişməzdi...

***

Qısası, sabiq deputat Etibar Hüseynov bu məsələ ilə bağlı maraqlı status paylaşıb. Sitat: "...Neçə gündür fikirləşirəm ki, görəsən ölkənin yeganə xanım-generalı olan Sevda Şirinova hansı xidmət, igidlik, qəhrəmanlığına görə FHN-də general olub. Təsəvvür edin ki, bu yeganə xanım-generalın haqqda Vikipediyada belə hər hansısa məlumat yoxdu. Ayrı-ayrı yayımlanan informasiyalardan isə məlum olur ki, uzun illər Kəmaləddin Heydərovla Gömrük komitəsində bir yerdə çalışıb. Və bu xanım-generalın NET-də cəmi-cümlətanı bircə fotosu var; orada da başının üstündə Nikolayın portreti. Vəssalam. Ayrı heç bir informasiya. Amma o da məlum oldu ki, Sevda Şirinova 17 ildir ki, FHN-də KADRLAR idarəsinin rəisi imiş. Həmin kadr siyasəti də hansı gündəymiş məlum oldu. Nəysə e, hələ ki, zibilini çıxartmamışam Cəmil Həsənli demiş burda "vaxtımu saxloram". P.S adam iş yerində başının üstünə Nikolayın portretin niyə assın ki?:)".

Bəli, nə sirdirsə, FHN-də, Gömrükdə... kimin adını çəkirsən, deyirlər generaldır... Maraqlı məsələdir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN