BU DƏQİQƏLƏRDƏ Rusiyanın Belqorod vilayətində döyüş sursatları yanır, əhali təxliyə olunur.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, yerli  hakimiyyətin iddiasına görə, guya parlaq günəş altında “linza effekti işə düşmüşdür".  Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da belə bir iddia ilə çıxış edib. Sitat: "İsti hava nəticəsində (objektif effekti işlədi), istehkamçıların hələ də zərərsizləşdirə bilmədiyi Timonovo kəndi ərazisində sursatların kortəbii yanması baş verdi." Qladkov deyib ki, “heç bir itki yoxdur”. Onun sözlərinə görə, kənd sakinlərinin bir qismi özbaşına təxliyyə olunub, bir qismi sanatoriyaya aparılıb.

Lakin Ukrayna KİV-ləri hərbi sursat anbarının alovlanmasına başqa bucaqdan yanaşıb. Rusiyanın hərbi mütəuxəssisləri partlayışın səbəblərini araşdırmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN