Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft daşımaları bu ilki 1,5 mln tondan 20 mln tonadək artırması perspektiv plandır... Tanınmış ekspert İlham Şaban bu məsələ ilə bağlı özünün sosial platformasında maraqlı açıqlama yayımlayıb. İ.Şaban yazır: "Yəni, onun reallaşması nə 2025-ci ilə, nə də 2030-cu ilə hesablanmayıb. Çünki bununla bağlı nəinki detallı bir plan işlənilməyib, heç reallığa yaxın nəsə stolun üstündə olan “yol xəritəsi” belə mövcud deyil...".
Ekspert eyni zamanda bu məsələnin şərtlərinə dair də maraqlı şərh verib. Yazır: 
"1) Yəni bəlli deyil ki, hansı mənbələrin resursu hesabına Qazaxıstan həmin 20 mln ton nefti “tapıb” Xəzərin o tayına göndərmək fikrindədir...
2) əslində 20 mln ton nefti göndərməyə hazırkı dəmir yolu infrastrukturunun heç imkanı da yoxdur.
4) demək, yeni neft kəməri çəkmək lazımdır - hardasa 700 km (onu layihələndirmək, maliyyəsini tapmaq və tikmək - təqribən 3 il zaman vaxt tələb edir).
5) Qazaxıstan onu Xəzərin şimal-şərqindəki Eskene terminalından Kurık terminalına (hazırda Qazaxıstan nefti Azərbaycana Aktau terminalından daşınır, Kurık isə Aktaudan cənubdakı körfəzdə yerləşir) çəkmək istəyir. Demək, həm Eskenede yeni terminal tikilməlidir, həm də Kurıkda.
6) Hazırda tankerlərlə Xəzər üzərindən 12 mln tona qədər neft daşımaq münkündür. Demək, sözügedən həcmə çatmaq üçün əlavə tankerlər tikilməki, köhnələri isə nəqletmənin stabilliyini saxlamaq üçün yebilənməlidir.
7) Azərbaycan sahilində Xəzərin o tayından nefti qəbul etmək üçün infrastrukturun gücü 7 mln tona yaxındır. Demək onu da 3 dəfə artırmaq lazımdır.
-8)Hazırda BTC ilə 23 mln tona yaxıb Azərbaycan nefti nəql edilir. Qazaxıstan tərəfində bütün işlər görülüb qurtaraba qədər bizim beftin həcmi təqribən 20 mln-dək azala bilər. Demək, yarıbayarı qarıçdırıldıqda.. artıq onun keyfiyyəti Azeri Light deyil, Kebco (kükürd faizi nisbətən yüksək) olacaq və qiyməti də aşağı.. yəni belə kommersiya bizim marağımıza məncə yaxın “beşillikdə” çətin cavab verə. Yəni, rəsmi Astananın səsləndirdiyi məsələnin reallaşması yaxın gələcəyin məsəli deyil...".
Beləliklə, Azərbaycanın ana neft kəməri təkcə iqtisadi mahiyyət daşımır, həm də siyasi və strateji bir mahiyyətə malikdir! Bu isə hərbi gücünü göstərmiş Azərbaycanın, həm də iqtisadi gücünün ifadəsidir...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN