...Bir gün vəzir qızının doğum gününü qeyd etmək üçün böyük bir məclis qurur. Molla Nəsrəddin də bu məclisə dəvətli olur. Yemək stolunda ancaq badımcandan hazırlanmış ləziz yeməklər yer alır.
Məclis başlanır və hamı badımcan yeməklərini dadmağa başlayırlar. Çox keçmir ki, vəzir badımcan yeməklərinin dadsız hazırlandığını bildirərək mollanın da fikrini bilmək istəyir. Molla da onun dediklərini təsdiq edir və hətta aşpazların boyunlarının vurulmasını istəyir.
Bir az keçir, bu dəfə vəzir badımcan yeməklərinin dadlı olduğunu bildirir və aşpazları mükafatlandıracağını deyir. Molla da badımcan yeməklərini tərifləyir və vəzirin fikri ilə tam razılaşdığını bildirir.
Çox çəkmir vəzir yenə də badımcan yeməklərinin dadsız olduğunu bildirirək mollaya tərəf baxır. Molla da onun dediklərinə şərik olduğunu bildirir və hətta deyir ki, "Axı demişdim, boyunlarını vurmaq lazımdır."
Bundan sonra vəzir yenə də yeməyin yaxşı hazırlandığını bildirir və hər dəfə də molla vəzirn dediklərini təsdiq edir.
Axırda vəzir hirslənərək deyir: "Bu nədir, sən məni ələ salmısan? Popuqaysan, hər dəfə dediklərimi təsdiq edirsən?!"
Özünü itirən molla yazıq -yazıq deyir:
-Vəzirim, mən sizə qulluq edirəm, badımcana yox!
Sözardı: 70 kq qızılın kimdə tutulmasını yox, buna şərait yaradan kimsələri ifşa etmək lazımdır.
Baba Allahnəzərov
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN