İtaliya hakimiyyəti Sardiniyada rusiyalı oliqarx Moşe Kantora məxsus 11 daşınmaz əmlaka inzibati həbs tətbiq edib.
Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə yerli “L’Unione Sarda” qəzeti yazıb. 68 yaşlı Kantor aprel ayında Rusiya prezidenti Vladimir Putinə yaxın olduğu üçün Aİ və Böyük Britaniyanın sanksiya siyahısına salınmışdı. O, dünyanın ən böyük mineral gübrə istehsalçısı olan “Akron”un əsas sahibi olub, Forbes jurnalı onun sərvətini 4,6 milyard dollar dəyərində qiymətləndirir. Sanksiyaların tətbiqindən sonra Kantor öz payını idarəetməyə keçirib. Məhz sanksiyalarla əlaqədar İtaliya hakimiyyəti Porto Rotondoda birbaşa Kantorda qeydiyyatdan keçmiş və ya onunla əlaqəli 11 villa üzərinə həbs qoyub...
A.Məmmədli