...Paşinyan Brüsseldən qayıtdıqdan sonta indiyədək olanları unutmaq üçün komandasını tloplayıb...08:50:06
O, "Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün bizə qətiyyət lazımdır”, -deyərək bildirib ki, Brüsseldə görüş zamanı geniş, çətin müzakirələr aparılıb: “Dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşdüm. Dünən biz görüşdən sonra müzakirə olunan mövzuların və qəbul edilən qərarların qeyd olunduğu press-reliz yaydıq. Bunlar işlək qərarlardır. Aydındır ki, geniş, çətin müzakirələr aparılıb, amma qeyd etmək istəyirəm ki, bizim məqsədlərimiz çıxışlarımda da qeyd etdiyim kimi, davam edir və belə də olmalıdır. Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, mümkün həll yolları zahirdə görünmür, ardıcıl işi davam etdirməliyik, çünki bizim həm qərarımız, həm də xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun. Görüşlə bağlı başqa təfərrüatlar yoxdur, çünki razılaşdığımız hər şey qısa şəkildə təqdim olunub”,
Bəli, işğaıçının vəziyyəti sonda həmişə çətin olur... Lakin başqa yol da yoxdur. Çünki Azərbaycanla ən yaxln qonşu kimi yalnız sülh dilində danışa bilərlər.
A.Məmmədli