Ukrayna Nazirlər Kabineti öz iclasında 99 fiziki və 178 hüquqi şəxsə, o cümlədən Rusiya prezidenti Vladimir Putinin qızlarına şamil edilən yeni sanksiyalar paketini qəbul edib.

Tezadlar.az Ria-Novostiyə istinadla bildirir ki, söhbət Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələrindən, Rusiya Federasiyası və Belarusun milli banklarının rəsmilərindən gedir. Sanksiyalara, digərləri ilə yanaşı, Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünə yardım edən, təcavüzkara əvvəlki sanksiyalardan yan keçməyə kömək edən dövlətlərin şirkətləri və fiziki şəxsləri də daxildir. Xüsusilə, Rusiya Federasiyasına hərbi-sənaye kompleksinin ehtiyacları üçün mikroelektronika məhsullarının tədarükünə kömək edən "Sernia" Şirkətlər Qrupundan söhbət gedir. Ciddi məhdudiyyətlərə məruz qalanların siyahısına Rusiya prezidenti Vladimir Putinin qızları başçılıq edir. 
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN