booked.netbooked.net booked.net  

Bu gün hərbi mənbələr Azərbaycan Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucovun saxlanıldığını bildiriblər. 

Baş Prokurorluq hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edir. Məlumatlı mənbələr Orucovun "Tərtər işi" ilə əlaqəsi olduğunu bildirirlər. 2017-ci ildə o, Azərbaycan SQ-nin Tərtərdə yerləşən korpuslarından birinin qərargah rəisi olub. Qeyri-rəsmi məlumatlara görə, Orucov çox sayda hərbiçiyə işgəncə verilməsində və onların qanunsuz həbsində iştirak etməkdə şübhəli bilinir. Bu repressiyalara Ermənistan tərəfi ilə əməkdaşlıq şübhələri səbəb olmuşdu, sonradan bu şübhələr təsdiqini tapmayıb. 

maraqlıdır ki,  2016-cı il aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilər kütləvi şəkildə istintaqa cəlb edilməyə başlayıb, bu proses "Tərtər işi" adını alıb. Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatlarında bu həbsləri şübhəli şəxslərin Ermənistanın xeyrinə casusluqda iştirakı ilə əsaslandırırdı. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılan şəxslərə kütləvi şəkildə işgəncə verilməsinin təfərrüatını 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qoyulub, 25 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində dünyasını dəyişib. Şahidlərin ifadələrinə, məhkəmə ekspertizasının materiallarına əsasən, təqsirləndirilən şəxslər ağır işgəncələrə məruz qalıblar. 

Amma "Tərtər işi" ilə bağlı aparılan son istintaq və məhkəmə prosesləri, şahid ifadələri isə məsələnin ciddiliyindən xəbər verir...

A.Məmmədli 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN